“Qocalar evi ”ndə müayinə aksiyası keçirilib


19 fevral 2017-ci ildə “Sağlamlıq Naminə Təbiblər” ictimai birliyi (SNT İB) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM)yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda müayinə aksiyası keçirilib. Aksiyada 17 ixtisas üzrə (oftalmoloq, kardioloq, otoloringoloq, cərrah, terapevt, nevropatoloq, stomotoloq, uroloq, travmatoloq, psixiatr, qastroenteroloq, onkoloq) 25 nəfər həkim iştirak edib. Ümumiyyətlə, aksiya çərçivəsində 160 nəfər pansionat sakininə tibbi xidmət göstərilib. Müraciətlər daha çox oftalmoloq, kardioloq, nevropatoloq, terapevt və radioloqa (USM) oldu. Müayinələrdən sonra xəstələrə məsləhətlər verildi, müalicələr yazıldı. Aksiyanın sonunda pansionatın öz fəaliyyət ansamblı tərəfindən konsert təşkil olundu, qocalarla birgə rəqs edildi. Müayinə aksiyasında iştirak edən DSMF-nin sosial xidmətlər və proqramlar şöbəsinin sosial xidmətlər sektorunun məsləhətçisi Rövzə Behbudlu belə tədbirlərin keçirilməsinin mahiyyətini yüksək qiymətləndirərək fikrini belə ifadə etdi: “Bu xeyirxahlığa görə təşkilatçılara, həkimlərə təşəkkür edirəm. Doğurdan da buradakı mənzərə məni çox duyğulandırdı”. Qeyd edək ki, həkimlər olaraq bu müayinə aksiyalarını keçirməkdə məqsəd pansionatdakı insanlara həm vətəndaş borcunu yerinə yetirərək mənəvi dəstək olmaq, həm də həkimlər arasında koordinasiyanı gücləndirərək səhiyyə sahəsində dövlətimizə dəstək olmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top