Rusiya Arktika və Baltikada təhlükəsizliyin təmin edilməsinə kömək etməyə hazırdır

Moskva Baltika və Arktikada təhlükəsizliyin təmini məqsədi ilə keçirilən müxtəlif tədbirləri dəstəkləyır. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə isveçli həmkarı ilə görüşdən sonra mətbuata açıqlamasında Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib: "Biz görüşdə Avropanın şimalı və Arktikadakı vəziyyəti müzakirə etdik. Eyni zamanda Arktika və Barents Şurası daxil olmaqla bölgə üzrə çoxsaylı təşkilatları dəstəklədiyimizi bəyan etdik. Belə hesab edirik ki, bölgədə təhlükəsizliyin təmini üçün əməkdaşlıq vacibdir. Bu məqsədlə də bölgədə qarşılıqlı etimadı artırmağa xidmət edən təşəbbüsləri, o cümlədən Finlandiya prezidentinin analoji təklifini dəstəkləyir və onda iştirak etməyə hazırıq".

DİGƏR XƏBƏRLƏR

Top