Estoniya Çernoqoriyanın NATO-ya üzvlüyü barədə sənədi ratifikasiya etməyə çağırdı

Estoniya Xarici işlər naziri Sven Mikser Çernoqoriyanın NATO-ya üzvlüyü barədə protokolun təcili şəkildə ratifikasiya edilməsinin vacibliyini bəyan edib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Mikser Balkan ölkələrinə səfərinin yekunları ilə bağlı verdiyi açıqlamasında deyib ki, Çernoqoriya üçün xaricdən təxribat təhlükəsi qalmaqdadır: "Nəzərə almaq lazımdır ki, NATO-nun genişlənməsinə müqavimət göstərən ölkələr gözlənilməz addımlar atmağa hazırdırlar. Ona görə də NATO-nun genişlənməsi ilə bağlı prosesi başa çatdırmaq, ratifikasiyanı tezləşdirmək lazımdır. Çünki nə qədər ki, ratifikasiya məsələsi gecikir, o qədər də xaricdən təxribat təhlükəsi qalmaqda davam edəcək".

DİGƏR XƏBƏRLƏR

Top