Moldova prezidenti səlahiyyətlərinin artırılmasını istəyir

Moldova prezidenti İqor Dodon bəyan edib ki, yaxın vaxtlarda ölkə konstitusiyasına dəyişikliklər edilməsi üzrə təşəbbüslə çıxış edəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, İ. Dodon respublika prezidentinin parlamenti buraxmaq imkanı verən səlahiyyətlərinin artırılmasını istəyir. Onun sözlərinə görə, konstitusiyaya dəyişikliyin edilməsi üzrə iki imkan var: “Birincisi, parlamenti buraxmaq yolu ilə, ikincisi isə konstitusiyaya konsepptual dəyişikliklər etmək və Moldovanın prezident respublikasına çevrilməsidir”. Moldova parlamentinin spikeri Andrian Kandu isə bu təşəbbüsün əleyhinə çıxaraq bildirib ki, konstitusuya dəyişiklik üzrə referendumun keçirilməsi faydasızdır və məqsədə uyğun deyil: “Parlament respublikası modeli Moldova üçün ən uyğun olanıdır”.

DİGƏR XƏBƏRLƏR

Top