Quyuların sayı artıb, neft hasilatı azalıb

2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə il ərzində 230 milyon barel (31,1 milyon ton) və ya gündə orta hesabla 630 min barel neft hasil edilib. “Yeniavaz.az” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilat 0,6% və ya 4 min barel, ümumi hasilat isə 0,43% və ya 1 milyon barel azalıb. 2016-cı ilin sonunda AÇG-də ümumilikdə 100 neft hasilat quyusu və 49 qaz və su injektor quyusu istismarda olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 17,6% və ya 15 ədəd, injektor quyularının sayı isə 19,5% və ya 8 ədəd artıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top