Səudiyyə Ərəbistanı Suriyaya xüsusi təyinatlılar göndərməyə hazırdır

Səudiyyə Ərəbistanı ABŞ-la birlikdə İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün Suriyaya hərbi birləşmələr göndərməyə hazırdır. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və körfəz ölkələri xüsusi təyinatlı dəstələri ilə ABŞ-ın yanında yer almağa hazırdırlar. Əl-Cubeyr qeyd edib ki, İslam koalisiyasının bəzi ölkələri də terrorçuluq və radikalizm ilə mübarizə məqsədilə hərbi birləşmələr göndərməyə hazırdırlar”. XİN rəhbəri planın mahiyyəti və necə tətbiq ediləcəyini ABŞ ilə müzakirə etdiklərini diqqətə çatdırıb: “Plan yaxınlarda hazır olmalıdır. Birinci məqsəd İŞİD-in nəzarətindəki əraziləri azad etməkdir, amma eyni zamanda geri alınan torpaqların “Hizbullah”, İran və ya Dəməşqin nəzarətinə keçməsinin qarşısı alınmalıdır. İŞİD-dən təmizlənən ərazilərin müxaliflərin nəzarətinə keçməsinə üstünlük veririk”.

DİGƏR XƏBƏRLƏR

Top