Gürcüstandan gətirilən avtomobillər 6 min dollar bahalanıb

Car ilin yanvar ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 2 milyon dollar dəyərində 65 ədəd avtomobili gətirilib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Xidmətin yaydığı statistik məlumata istinadən apardığımız hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 2,7 dəfə və ya 41 ədəd artıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən ümumi vəsaitin həcmi isə 3,4 dəfə və ya 1,4 milyon dollar artıb. Belə ki, 2016-cı ilin ilk ayında 24 avtomobil üçün 577 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, ötən ilin yanvarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 24 min dollar olduğu halda, bu ilin yanvarında 30 min dollar təşkil edib. Ümumiyyətlə Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 13,8%-i təşkil edib. Qeyd edək ki, Azərbaycan Gömrük Komitəsi bu ilin ilk ayı ərzində ölkəyə 469 ədəd avtomobil gətirildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top