Bakıda evdən 55 minlik qızıl oğurlandı

Bakıda mənzildən 55 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 55000 manat dəyərində qızıl əşyaların və 1 ədəd planşetin Yevlax rayon sakini Şahin Bəkirov tərəfindən oğurlanması müəyyən edilib. Oğurlanan qızıl əşyalar Ş.Bəkirovun qohumu tərəfindən Xəzər Rayon Polis İdarəsinə təhvil verilib.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top