“Galaxy Note 7” smartfonlarının təmir edilmiş versiyası satışa çıxarılacaq

“Samsung” şirkəti daha əvvəl geri qaytardıldıqdan sonra təmir edilən “Galaxy Note 7” smartfonlarını satmağı planlaşdırır. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla belə təmir edilmiş “Galaxy Note 7” smartfonları çoxsaylı tənzimləyicilərin olması səbəbilə Avropa və Amerika bazarlarına qayıda bilməz. Lakin bu telefonlar Hindistan və ya Vyetnamda təkrar satışa çıxarıla bilər. Geri çağırılmış smartfonların təkrar satışı onların istifadəsi problemeni də həll edə bilər. Hesabata əsasən, “Samsung” şirkətinin təqribən 2,5 milyon ədəd “Galaxy Note 7s” smartfonu var. Təmir edilmiş smartfonlar yeni korpus və batareyalarla təchiz ediləcək. Xatırladaq ki, “Galaxy Note 7” smartfonlarında alışma və partlayışa əsas səbəb kimi nasaz bateriyalar göstərilirdi. 2016-cı il sentyabrın əvvəlində “Samsung” həmin problemə görə “Galaxy Note 7” yeni smartfonun geri qaytarılması və satışının dayandırıldığını elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top