Kanadadan olan instruktorlar ukraynalı hərbçilərə yenidən təlim keçəcəklər

Kanadadan olan hərbi instruktorlar yenidən Ukrayna ordusunun döyüş təcrübəsinin artırılmasına xidmət edən fəaliyyətlərini bərpa etməyə hazırlaşırlar "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Globe and Mail nəşrinin hökumətdəki etibarlı mənbəyə istinadən yaydığı məlumatda bildirilir: "Kanada başa düşür ki, Ukrayna və onu dəstəkləyən tərəflər həqiqətən də ordunun döyüş təcrübəsinin artırılmasına və bu çərçivədə missiyamızın bərpa edilməsinə ehtiyac var. Bunda isə təəccüblü heç nə yoxdur və müəyyən prosesdən sonra missiyamızın bərpası bu dəfə də mümkündür".

Qeyd edək ki,Kanada Müdafiə naziri Xarcit Sinqh Sacan ötən cümə günü Ukraynaya hərbi yardım göstərmək niyyətində olduğunu təsdiqləyib. Xatırladaq ki, bundan əvvəl Kanada hərbi idarəsinin nümayəndəsi mətbuata açıqlamasında bildirmişdi ki, ölkəsi Ukraynanın hərbi ehtiyaclarını öyrənir və bundan məqsəd Kiyevə hansı sahədə hərbi yardım göstərilməsini müəyyən etməkdir.

DİGƏR XƏBƏRLƏR

Top