Bakıda narkotik vasitə ilə tutulmuş Akif Həsənovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyi xəbər verir ki, narkotik vasitə ilə tutulmuş Akif Həsənovun ətrafında Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il avqustun 27-dən cari il fevralın 19-dək olan müddətdə rayon ərazisindəki 10 evdən ümumilikdə 650 manat, 600 manat dəyərində qızıl əşyalar, kombi aparatı, velosiped, məişət əşyaları və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.