Tullantı materiallarını sənət əsərinə çevirən azərbaycanlı xanım - VİDEO

Bir çox insanların lazımsız əşya bilib atdığı tullantı materiallarını sənət əsərinə çevirir. Söhbət Zaqatala sakini Fəridə Aslanovadan gedir. "Yeniavaz.com" xəbər verir ki, ixtisasca jurnalist olan bu xanım bir müddətdir ki, mədəniyyət sahəsində fəaliyyət göstərir. İncəsənətə marağını irsi sayan həmsöhbətimiz uşaqlıqdan düzəltdiyi müxtəlif əşyalarla diqqət çəkib.

Boş, lazımsız şüşə, yararsız qadın corabı, istifadə müddəti bitmiş müxtəlif əşyalara ikinci həyat verən Fəridə Aslanova üçün ətrafda gördüyü çox şey yeni nəsə hazırlamaq üçün materialdır.

Fəridə Aslanova deyir ki, öyrənmək heç vaxt gec deyil. 36 yaşlı qəhrəmanımız qlavyura, ağac üzərində oyma və dağlama sənətini hələ ötən il öyrənməsinə baxmayaraq, artıq bu sahədə onlarla əsərin müəllifidir. Bir əsərini hazırlamaq üçün isə ona 3-5 saat kifayətdir.

Düzəltdiyi əşyaları əsasən hədiyyə verməyi xoşlayan Fəridə xanım, sifariş əsasındada müxtəlif əsərlər hazırlayır.

Fəridə Aslanovanın siqaretdən asılılığı olan insanların bu vərdişdən uzaqlaşdırılması üçün maraqlı ideyaları var: "Tullantıdan sənətə" başlığı altında böyük bir sərgi və eyni adlı dərnək təşkil etmək arzusundayam".

Ruslan Abdulov

Zaqatala

DİGƏR XƏBƏRLƏR

Top