Bağlanan bankların əmanətçilərinə 725,5 milyon manat ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir."Yeniavaz.com" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 725,5 milyon manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,2 milyon manat, “Zaminbank” ASC - 54,3 milyon manat, “Kredobank” ASC - 27,77 milyon manat, “Dekabank” ASC - 3,1 milyon manat, “Atrabank” ASC - 14,28 milyon manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,97 milyon manat, “Bank of Azerbaijan” ASC - 24,16 milyon manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,4 milyon manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 435,3 milyon manat kompensasiya alıblar.

Fond həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.

DİGƏR XƏBƏRLƏR

Top