Hansı ölkənin iqtisadiyyatı daha azaddır? - İNFOQRAFİKA

Dünyanın aparıcı analitik mərkəzlərindən hesab olunan "Heritage Foundation" institutu və "The Wall Street Journal" nəşri tərəfindən hazırlanan ənənəvi illik hesabatda göstərilir ki, Azərbaycan ötən il iqtisadi azadlığın səviyyəsinə görə 180 ölkə arasında 68-ci sırada qərarlaşıb. Nəticədə, Azərbaycan "Qismən azad" ölkələr qrupuna daxil edilib. "İqtisadi Azadlıq İndeksi-2017" adlandırılan bu hesabatda biznes, maliyyə, ticarət, əmək, investisiya, korrupsiya və digər sahələr üzrə ayrı-ayrı ölkələrdə iqtisadi azadlıqların səviyyəsi göstərilib. Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun açıqladığı statistik rəqəmlər əsasında aparılan araşdırmalarda ölkələrin göstəriciləri faizlə ifadə olunub. Hesabatda Azərbaycanın 2017-ci ildə 2016-cı illə müqayisədə 23 pillə irəllilədiyi göstərilib. Belə ki, 2016-cı ilin hesabatında Azərbaycan 178 ölkə arasında 91-ci sırada qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top