Bill Qeyts robotlardan vergi tutulmasını təklif edir

"Maykrosoft"un qurucusu Bill Qeyts maraqlı bir təkliflə çıxış edib. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Qeyts istehsalatda insanları əvəz etməyə başlayan robotlardan vergi tutulmasını təklif edib: "Əgər insan istehsalatda hansısa işi yerinə yetirirsə buna görə də aldığı əmək haqqından vergi tutulur. Ancaq insanı bu işdə əvəz edən robotdan vergi və sosial müdafiə fonduna vəsait tutulmur. Ona görə də mən robotlardan da vergi tutulmasını məqsədəuyğun hesab edirəm".

Qeyts belə hesab edir ki, istehsalatda müxtəlif funksiyaları görən robotlardan səhiyyə, az təminatlı ailələr, infrastrukturanın inkişafı, iş yerini itirən işçilər üçün vergi tutulmalı və bu istiqamtədə də xərclənməlidir".

Xatırladaq ki, bu ilin fevralında Avropa komissiyası robotlardan vergi tutulmasını nəzərdə tutan qanun layihəsini müzakirə etməkdən imtina edib. Amma Avropadaki əksər iqtisadçılar robotlardan vergi tutulmasına tərəfdar olduqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top