İngilis dili kurslarının ən bahalı və ucuz olduğu ölkələr

Xaricdə ingilis dili təhsilinin verilməsi üzrə ən bahalı ölkə İngiltərədir. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Akare” xaricdə təhsil sərgilərinin “Xaricdə ingilis dili təhsilinin maliyyə araşdırılmasi” hesabatında deyilir. Hesabata əsasən, İngiltərədə təhsil haqqı, qalma və yaşayış xərcləri daxil olmaqla ingilis dili tədrisinin aylıq xərci 3 min 375 dollar təşkil edir. İngilis dili tədrisinin bahalı olduğu ikinci və üçüncü ölkələr Cənubi Afrika və İrlandiyadır (hər biri 3 min dollar). Sonrakı yerləri Malta (2800 dollar) və ABŞ (2750 dollar) tuturlar. Araşdırmaya görə İngiltərədə aylıq ingilis dili kurslarının qiyməti 875 dollardan, bir tələbənin qalma və yaşayış xərcləri isə 2500 dollardan başlayır. Cənubi Afrika və İrlandiyanın hər birində isə bu rəqəmlər müvafiq olaraq 850 və 2150 dolllardan başlayır. ABŞ-da aylıq ingilis dili kurslarının minimum qiyməti 750 dollardır, qalma və yaşayış xərcləri isə 2 min dollardan başlayır. Xaricdə ingilis dili təhsilinin ən ucuz başa gəldiyi ölkə isə 2 070 dollarla Kanadadır. Burada aylıq ingilis dili kursunun qiyməti 570 dollardan başlayır. Bir tələbənin qalma və yaşayış xərcləri isə orta hesabla 1500 dollara çatır.

DİGƏR XƏBƏRLƏR

Top