Futbolçular meydançaya pensiyaçılarla çıxdı – FOTO

İngiltərə Kubokunun 1/8 final mərhələsinin “Bernli”-“Linkoln Siti” matçı qeyri-adi başlayıb. “Yeniavaz.com”un “sports.ru”ya istinadən verdiyi məlumata görə, ev sahibi komandanın hər bir oyunçusu meydançaya yaşlı insanın müşayiəti ilə çıxıb. Adətən futbolçular uşaqları əllərindən tutaraq meydançaya daxil olurlar. Aksiyada 69-85 yaşında olan azarkeşlər iştirak edib. “Bernli” bu jesti ilə onlara uzunömürlülüyə dəstək verdiklərinə görə təşəkkür etmək istəyib.

DİGƏR XƏBƏRLƏR

Top