Sakit Okeanda yeni qitə aşkarlanıb

Tədqiqaçıların bildirdiyinə görə, Yeni Zelandiya və Sakit Okeanının altında görünən böyük quru parçasının yeni bir qitə olma ehtimalı var. Alimlər, xeyli vaxtdır Yeni Zelandiyanın ən yüksək nöqtəsi olan “Mount Cook” dağının qarşısındakı Zelandiyanın qitə olduğunu sübut etməyə çalışır. Tədqiqatçı Nik Mortimer, “Zelandiyanı bir qitə olaraq tanımağın elmi dəyəri, qitələrin siyahısına bir ad əlavə etməkdən çox daha böyük dəyərə malikdir” deyib. Mortimer, Zelandiyanın suyun altında bütün şəkildə dura bilməyinin, torpağın bir-birinə yapışma xüsusiyyəti və kontinental qabıq üzərindəki araşdırmalara kömək olacağını deyib. Tədqiqatçı Hamiş Kampbel də qitənin potensial enerjisinin, minerallar və təbii qaynaqlarının ölkəni iqtisadi mənada gücləndirəcəyini bildirib.


Tədqiqatçılar, bu quru parçasının qitə sayıla bilməsi üçün meyarları belə xarakterizə edib:
Normal okean bazasından daha qalın bir qabığının olması;
Özünə xas bir geologiyaya sahib olması;
Yaxşı bir bölgə olması;
Okean tavanından xeyli yüksək olması.

DİGƏR XƏBƏRLƏR

Top