NASA kosmosda Çin kələmi yetişdirib

NASA tərəfindən Beynəlxalq kosmik stansiyada ilk dəfə Çin kələmi yetişdirilib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, mühəndis Peqqi Uitson kosmik stansiyada 6 baş kələmə uzun müddət qulluq edib və sonda onlardan məhsul ala bilib. Yerətrafı orbitdə yetişdirilən kələmin dadına əvvəlcə stansiyanın heyəti baxacaq. Amma kələmin digərləri yerə göndəriləcək və burada onların üzərində araşdırmalar aparılacaq. Xatırladaq ki, Çin kələminin toxumları ötən ilin aprel ayında stansiyaya aparılmışdı. Məqsəd gələcəkdə uzun müddət Yerətrafı orbitdə fəaliyyət göstərəcək gəmilərin ekipajının rəngarəng yeməklə təmin edilməsi, həm də çəkisizlik şəraitində tərəvəz yetişdirilməsini sınaqdan çıxarmaq idi. Qeyd edək ki, bundan əvvəl Yerətrafı orbitdə digər tərəvəz məhsullarının da yetişdirilməsi sınaqdan çıxarılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top