Kitabı küçəyə qoyduğuna görə fransız qadın 68 avro cərimə edildi

Fransanın paytaxtı Parisdə polis Qvenel adlı qadını 68 avro cərimə edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə buna səbəb qadının kitabı küçədə qoyaraq aradan çıxmaq istəməsi olub. Araşdırma zamanı məlum olub ki, xanım Qvenel oxuduğu kitabı kiməsə, başqa bir oxucuya vermək istəyib. O bu məqsədlə kitab mağazasında kitabını dəyişdirmək istəsə də buna nail ola bilməyib. Nəticədə fransız qadın çıxış yolunu kitab mağazasının vitrininə yaxın yerdə kitabı qoymaq qərarına gəlib. Lakin polis dərhal onu saxlayaraq bu hərəkətinə görə 68 avro cərimə edib. Qvenel isə məsələnin mahiyyətini sosial şəbəkədə geniş şərh edib. O məqsədinin kitabı küçədə qoymaq deyil, onun digər oxucu tərəfindən istifadə edilməsinə şərait yaratmaq olduğunu bildirib. Məsələ ətrafında sosial şəbəkədə qalxan qalmaqaldan sonra Paris meri kitabı küçədə qoymağa görə cərimənin aradan qaldırılması barədə qərar qəbul etməyə məcbur olub.

DİGƏR XƏBƏRLƏR

Top