Avropa ölkələri Rusiya qazından nə qədər asılıdır? - İNFOQRAFİKA

Avropa ölkələrinin böyük əksəriyyəti Rusiyadan təbii qaz idxal edir. "Yeniavaz.com" Rusiya mətbuatına istinadən bildirir ki, Avropa ölkələri arasında yalnız Portuqaliya, İspaniya, Lüksemburq, Norveç və İsveç istisna olmaqla digər Avropa ölkələri Rusiyadan təbii qaz idxal edirlər. Bəzi Avropa ölkələri isə tamamilə Rusiya qazından asılı vəziyyətdədir. Finlandiya, Estonya, Latviya, Bosniya və Herseqovina və Moldova təbii qaza olan tələbatlarının 100%-ni Rusiya qazı hesabına təmin edir. Bolqarıstanda Rusiya qazına olan tələbat 99%-ə bərabərdir. Təbii qaza olan tələbatının yarıdan çoxunu Rusiya qazı hesabına təmin edən ölkələr arasında Belarus (98%), Serbiya (90%), Litva (88%), Slovakiya (81%), Makedoniya (74%), Macarıstan (66%), Yunanıstan (62%), Sloveniya (62%), Avstriya (60%), Almaniya (60%), Türkiyə (57%) və Polşa (54%) yer alıblar. Bəzi ölkələrdə isə Rusiya qazına olan təlabat nisbətən aşağı səviyyədə olub. Rusiya qazına ən az tələbatı olan ölkə İrlandiya hesab olunur. Rumıniyada təbii qaza olan təlabatının cəmi 3%-i Rusiya qazı hesabına ödənilir. Bu göstərici İrlandiyada 4%, Belçikada 9%, İsveçrada 10%, Çexiyada 12%, Xorvatiyada və Hollandiyada 24%, Fransada 25%, Böyük Britaniyada 30%, İtaliyada isə 37% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top