Bu azərbaycanlı hamını təəccübləndirir

Goranboyda məskunlaşan Kəlbəcər köçkünü Məhərrəm Şirinov 30 ilə yaxındır ki, rəssamlıq edir. Amma onun nə boyası var, nə də fırçası. "Yeniavaz.com" xəbər verir ki, 55 yaşlı sənətkarın çəkdiyi şəkillər digər rəssamların çəkdiyi rəsmlərdən fərqlənir. Belə ki, rəssam əsərlərini yandırma üsulu ilə hazırlayır. Məhərrəm Şirinov bizimlə söhbətində bildirdi ki, bu sahə çətin olsa da gəlir gətirən bir işdir: "Çox diqqət tələb edən iş geç başa gəlsə də, həm keyfiyyətli, həm də rəssam üçün gəlirli işdir. Mən ailənin dolanışığı üçün müxtəlif işlərdə çalışdığıma görə bu peşədən bir müddət uzaq düşdüm. Hazırda sevdiyim peşəmlə məşğulam. Onu da deyim ki, bu bölgədə yandırma üsulu ilə çəkilən əsərlərə maraq böyükdür".

Əl işlərini 100-300 manata satan müsahibim, bəzən yaxınlarına hədiyyə də edir. Amma rəssam ondan da gileyləndi ki, indiki cavanlarda bu işə maraq yoxdur: "Mən istərdim ki, bu işi davam etdirən olsun. Amma elə-belə maraqlanıb gedirlər, sanki onlar çətinlikdən çəkinirlər. Mən sadəcə bu işlə kifayətlənmirəm, bununla yanaşı, maraqlı görünüşü olan ev əşyaları da hazırlayıram".

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top