Şahin Zəkizadənin vəfatı təsdiqləndi Yenilənib

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.

O, müalicə olunduğu Tədris Terapevtik Klinikasında keçinib. Rejissorun xanımı Səbinə Zəkizadə xəbəri “Qafqazinfo”ya təsdiqləyib.

O, bildirib ki, rejissorun dəfn mərasimi Yeni Yasamal qəbiristanlığında olacaq.

Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xəstəliyi ilə mübarizə aparır.

1.53

Tanınmış rejissor Şahin Zəkizadənin səhhətilə bağlı durum kritikdir.

"ASAN Radio" xəbər verir ki, bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır. Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Baş həkimi məlumat verib.

Qeyd edək ki, Şahin Zəkizadə sentyabr ayından etibarən Tədris terapevtik klinikasında müalicə alır.

***

13:53

Uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadə vəfat edib.

Bu barədə rejissorun yaxınları məlumat verib.

Qeyd edək ki, bir neçə gün idi ki, Şahin Zəkizadənin vəziyyəti həddindən artıq ağır olduğundan süni nəfəs aparatına qoşulmuşdu.

Allah rəhmət etsin! Unikal.org

DİGƏR XƏBƏRLƏR

Top