Özünü Hitlerə oxşadan gənc saxlanılıb

Avstriyada geyim tərzi ilə özünü Hitlerə bənzədən 25 yaşlı gənc nasist təbliğatı etməklə ittiham edilərək saxlanılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gəncin paltarı, saçı bığ kəsimi başdan-başa Hitleri xatırladır. Gənc, özünü Yuxarı Avstriya əyalətində Herald Hitler olaraq tanıdıb. Saxlanılan gəncin Almaniya sərhədindəki Braunau am in qəsəbəsindəki Hitlerin doğulduğu evin ətrafında bir neçə dəfə göründüyü məlum olub. Şəxs haqqında istintaq qəsəbə sakinlərinin şikayətindən sonra başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top