"Qalatasaray" klubunun baş məşqçisi istefaya göndərilib

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Yan Olde Rikerinklə yollarını ayırıb. 53 yaşlı holland mütəxəssis komandanın son vaxtlar uğursuz nəticələrinə görə istefaya göndərilib. Bununla bağlı qərar klubun Direktorlar Şurası tərəfindən qəbul olunub. İstefa bu gün rəsmən açıqlanacaq. Rikerink "Qalatasaray"ı ötən ilin martında qəbul edərək həmin çempionatı 6-cı yerdə bitirib və ölkə kubokunu qazanıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider "Beşiktaş"dan 5 xal geri qalır.

DİGƏR XƏBƏRLƏR

Top