Türkiyə Rusiyaya 42-0 hesabı ilə uduzdu

Türkiyənin gənclərdən ibarət kişi buzüstü xokkey komandası rusiyalı rəqiblərinə 42-0 hesabı ilə məğlub olub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər arasında matç Ərzurumda keçirilən Avropa Olimpiya Gənclər Qış Festivalı (EYOF) çərçivəsində baş tutub. Türkiyənin önəmli qış idman növləri mərkəzlərindən biri olan Ərzurumda 34 ölkədən 675 idmançının iştirakı ilə EYOF yarışları keçirilir. Festivalda Türkiyə və Rusiyanın buzüstü xokkey yığmaları qarşılışıb. Oyun ərzində aşkar üstün olan ruslar matçda türklərin qapısından 42 şayba keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top