Azərbaycan mədəniyyəti Nigeriyada tanıdıldı

Nigeriyanın Laqos şəhərində Xeyriyyə üçün Beynəlxalq Qadınlar Təşkilatının reallaşdırdığı “Kiçik dünya” adlı xeyriyyə aksiyası keçirilib. Tədbirdə Laqos şəhərində yaşayan 36 ölkənin nümayəndələri (Fransa, İtaliya, İngiltərə, Türkiyə, ABŞ, Qazaxıstan, Almaniya, Hindistan, Belçika və s.) öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı, Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri Billurə Bayramova təmsil edib. Festivalda qonaqlara Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib.

Bildirib ki, mərasimə müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən məşhur şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Aksiyanın açılış və bağlanış mərasimində Azərbaycanı milli geyim və bayrağımızla Fransa vətəndaşı Antuan Bernard təmsil edib.

Onun sözlərinə görə festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif dövlətlərin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən, həmçinin aksiyadan əldə olunan vəsaiti Nigeriyadakı məktəb, xəstəxana, uşaq və qocalar evlərinə yönəltməkdən ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top