8,75 milyon dolllara "Tramp adası" satılır

Vaşinqton ştatının bir neçə kilometrində Sakit okeanda yerləşən fərdi adanın qiyməti ABŞ prezidenti Donald Trampın inauqurasiyasından sonra bir həftə ərzində 13 faiz bahalaşaraq 8,75 milyon dollara çatıb. “Yeniavaz.com”un Forbes-a istinadən verdiyi məlumata görə, buna səbəb adanın adının Amerikanın yeni prezidentinin adı ilə uyğun gəlməsidir. Ümumi sahəsi 29 akr olan (təqribən 11,7 hektar) Tramp adası (Trump İsland) D.Trampa məxsus deyil və onun şərəfinə adlandırılmayıb, prezidentin adı ilə uyğunluq sadəcə təsadüfdür. Satışa çıxarılan adanın və orada yerləşən evin qiyməti bir həftə ərzində 1 milyon dollar artaraq 8,75 milyon dollara çatıb.

DİGƏR XƏBƏRLƏR

Top