Balinalar xəstə balina üçün belə etdilər - sahildə qorxunc mənzərə - FOTOLAR

Yeni Zellandiyada yüzlərlə balina sahilə çıxıb. Hadisə ölkənin Cənub adasında baş verib. Yeniavaz.com saytının xarici KİV-nə istinadən məlumatına görə, insanlar könüllü şəkildə balinaların sağ qalması üçün səy göstəriblər. Onlar balinaların üzərinə islanmış əski sərib, başlarına su töküblər. Lakin göstərilən səylərə baxmayaraq, 416 balinanın təxminən 70 faizi tələf olub. Balinaların sahilə çıxmalarının səbəbi hələ ki, dəqiq bəlli deyil, lakin iddialara görə, onlar bir xəstə balinanı qorumaq üçün belə ediblər. Hadisə ilə bağlı araşdırma aparılır. Fotoları təqdim edirik.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top