Dünyanın ən gombul qapıçısı: 125 kq - FOTO

İngiltərə Kubokunun 1/8 finalında “Arsenal” beşinci divizion təmsilçisi “Satton Yunayted” klubu ilə qarşılacaq. “Yeniavaz.com”un “Sports.ru”ya istinadən verdiyi məlumata görə, “Satton Yunayted”in heyətində dünyanın ən ağır çəkili qapıçısı çıxış edir. “Satton”un heyətində isə ümumiyyətlə heç bir peşəkar oyunçu yoxdur. Məsələn, 1/4 final mərhələsində “Lids”in qapısına qələb topunu vurmuş oyunçu bir neçə gün əvvəl tikintidə işləyib. Lakin klubun əsas ulduzu 45 yaşlı qapıçı Ueyn Şoudur. Vaxtının çox hissəsini ehtiyat oyunçular skamyasına keçirən qapıçı həm də qapıçıların oynayan məşqçisidir. Hazırda onun çəkisi 124-125 kiloqramdır. O, qeyri-rəsmi olsa da dünyanın ən ağır çəkili qapıçısı hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top