İcbari tibbi sığorta olunanlar bəzi müayinələrə əlavə pul ödəyəcək

“Azərbaycanda icbari tibbi sığortanın baza zərfində olan bəzi xidmətlərdə azad olma məbləği tətbiq olunacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov bildirib ki, kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və digər müayinələrdə sui-istifadə hallarının qarşısını almaq üçün azad olma məbləğı tətbiq olunub.

V.Qurbanov qeyd edib ki, azad olma məbləği MRT və KT müayinələrinə illik təyin edilmiş limitdən sonra tətbiq ediləcək: “KT müayinəsindən keçmək üçün sığorta olunan şəxs 10 manat, MRT müayinəsi üçün 20 manat məbləğində vəsaiti xəstəxananın kassasına ödəməlidir.

Bu, həm xəstələr, həm də tibb müəssisələri tərəfindən sui-istifadə hallarının qarşısını almağa xidmət edir. Xəstə öz istəyi ilə MRT, KT kimi müayinələrdən istifadə edə bilməz.

Bu müayinələr insan sağlamlığı üçün çox zərərlidir. Bir KT müayinəsi nəticəsində şüalanma rentgen müayinəsindən dəfələrlə çoxdur. Azad olma məbləği baza zərfində olan xidmətlərin az hissəsində tətbiq olunur”.

APA

DİGƏR XƏBƏRLƏR

Top