İldırım vurmasının qarşısını almaq üçün milyon palma əkiləcək

Banqladeşdə ildırım vurması zamanı yüzlərlə ölüm hallarının qarşısını almaq üçün milyon ədəd palma ağacı əkiləcək. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən il Banqladeşdə ildırım vurmasından 200-dən çox insan həlak olub. Təkcə may ayında bir gün ərzində 82 nəfər bu səbəbdən ölüb. Yerli hakimiyyət təbii fəlakət qurbanlarının sayını azaltmaq üçün kütləvi ağac əkilməsini təklif edib. Banqladeşdə xüsusilə kənd yerlərində hər il ağacların sayı azalır. Belə ki, fermerlər düyü sahələri üçün ağacları məhv edirlər. Banlqadeşin Fövqəladə Hallar Nazirliyinin katibi Şah Kamal bildirib ki, 2017-ci ilin iyununadək ölkədə milyon ədəd ağac əkiləcək. Ekspertlər hesab edirlər ki, palmalar ildırım vurmasını qismən üzərlərinə götürə bilər. Oxşar proqram Taylandda müsbət nəticə verib.

DİGƏR XƏBƏRLƏR

Top