Belə getsə “Recep İvedik 5” göstərilməyəcək – filmə qarşı təhqiqat başlandı

Türkiyənin Gənclər və İdman Nazirliyi “Recep İvedik 5” filmindəki boks səhnələrinin çəkildiyi məkanlar üçün icazə alınmaması səbəbilə təhqiqata başlayıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, stadionun meydançasında və boks zalında çəkilən görüntülərə görə təhqiqata başlayan nazirlik vilayət və rayon idarələrinə məktub göndərib. Nazirlik görüntülərin harada çəkildiyini müəyyənləşdirmək üçün boks zallarının və stadionların filmdəki eyni rakursdan fotolarının çəkilərək göndərilməsini tələb edib. Nazirlik icazə almadan çəkiliş aparılmasını əsas gətirərək belə bir metoda əl atıb. Xatırladaq ki, daha əvvəl etirazlar səbəbilə filmdəki azərbaycanlı boksçu səhnəsi çıxarılmışdı. Bundan başqa, Türkiyə Güləş Federasiyası da filmdəki güləş səhnələrinin təhqiramiz olduğunu bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top