Ağ evin saytında əməkdaşların maaşları göstəriləcək

Ağ evin saytında aparat əməkdaşlarının məvacibləri haqqında məlumatların dərc edildiyi bölmə yaradılıb. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, saytın səhifəsi yenilənmə mərhələsindədir. Həmin bölmədə ABŞ prezidenti Donald Tramp administrasiyasından informasiyalar daxil olduqca Ağ ev aparatının əməkdaşlarının maaşları haqqında məlumatlar dərc ediləcək. D. Tramp dövlət başçısı vəzifəsinə başladıqdan sonra Ağ evin saytında bir sıra dəyişikliklər olub. Belə ki, saytdan cinsiz azlıqların hüquqlarına, iqlim dəyişikliyinə və səhiyyəyə dair səhifələr çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top