Tramp Çörçilin büstünü kabinetə qaytardı

ABŞ-ın 45-ci prezidenti Donald Trampın Ağ evdə ilk dəqiqələrini işıqlandıran amerikalı jurnalistləri Böyük Britaniyanın baş naziri Uinston Çörçilin (1874-1965) kiçik büstünün oval kabinetə qaytarılmasının şahidi olublar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, büst oradan 2009-cu ildə Barak Obama dövlət başçısı vəzifəsinə gəldikdən sonra götürülmüşdü. Bu müddət ərzində büst Ağ evdə qalıb, lakin kənar gözlərdən saxlanılıb. Bunun əvəzində B. Obamanın kabinetində ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun (1809-1865) və qaradərili əhalinin hüquqlarının müdafiəçisi Martin Lüter Kinqin heykəl təsvirləri olub.

DİGƏR XƏBƏRLƏR

Top