Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib.“Hurriyet.com”in verdiyi məlumata görə, sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb. A. Atilla “Səksənlər”, “Leyli və Məcnun” “Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”, “Orqanize işlər”, “Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, "Kiralıq eşq" teleserialında rol alıb.APA

DİGƏR XƏBƏRLƏR

Top