"Lambada" mahnısının ifaçısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Braziliyada "Lambada" mahnısının ifaçısı Loalva Brazı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə xarici KİV-ə istinadən xəbər verir. Saxlanılan şəxs cinayəti iki əlbir olduğu adamla törətdiyini, cinayətin motivinin isə intiqam olduğunu bildirib. Məlum olub ki, şübhəli şəxs müğənniyə məxsus olan hoteldə çalışıb, amma sonradan işdən qovulub. Polis cinayətkarların müğənnini öldürmək istəmədiyini, amma qadın ifaçının ciddi müqavimət göstərdiyini hesab edir. Hücum edən şəxslər L.Brazdan 4,5 min dollar və "Lambada"nın ifasınsa görə, onun qazandığı "qızıl disk"i alıb. Xatırladaq ki, ötən əsrin 90-cı illərində bu hit dünyanın əksər ölkələrində hit-paradlarda birinci pillədə yer alıb.Report

DİGƏR XƏBƏRLƏR

Top