Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib

Donald Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib. "The Washington Post" xəbər verir ki, o, inauqurasiya naharından sonra ilk dəfə prezident kimi Vaşinqtonun mərkəzində, Amerika rəhbərlərinin əsas rezidensiyasına üz tutub. Prezidentin korteci inauqurasiyaya uyğunlaşdırılmış ənənəvi parada başçılıq edib. Prezidentin kortecini 10-a yaxın cangüdən mühafizə edib. Tramp və həyat yoldaşı Melani yol boyu bir neçə dəfə limuzində mərasimə toplaşmış insanları salamlayıblar.Report

DİGƏR XƏBƏRLƏR

Top