Bahçelidən “Recep İvedik”də boksçu səhnəsi ilə bağlı açıqlama

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Şahan Gökbakarın rol aldığı “Recep İvedik 5” filminin treylerində yer alan və etirazlar səbəbindən filmdən çıxarılan azərbaycanlı boksçu səhnəsi ilə bağlı “Tvitter” səhifəsindən açıqlama verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Bahçeli bildirib: “Azərbaycanlı soydaşlarımız türkdür, türk millətinin layiqli və nəcib mənsublarıdır. Bu filmdəki boks səhnələri tarix və mədəni əlaqələrimizi incitməyəcək, üstəlik zədələnməsinə heç bir millət övladı icazə verməyəcək. Coğrafiyalarımz ayrı, dövlətlərimiz fərqli ola bilər, ancaq biz eyni millətin, ürəkləri bir döyünən övladlarıyıq. Bakıda mahnı, Ankarada oyun havasıyıq. Gəncədə dastan, Dumlupınarda zəfərik. Xocalıda göz yaşı, Qarsda duayıq. Bir tərəfimiz Bəxtiyar Vahabzadə, digər tərəfimiz isə Mehmet Akif Ersoydur. Bizim nəzərəmizdə Karacaoğlan kimdirsə, Qurbani də odur. Qubada səs verən balaban, Xızıda dilə gələn tar, Ərzurumda vuran davulun, İstanbulda səslənən neyin əkiz qardaşıdır. Mustafa Kamal Atatürk nə qədər türkdürsə, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də bir o qədər türkdür. Türkün iftixar siyahısının zirvələdirlər. Azadlıq taleyimiz, Turan qayəmizdir”.

DİGƏR XƏBƏRLƏR

Top