Moskvada Avropanın ən hündür lifti işə salındı

Moskvada Avropanın ən hündür lifti bu gün işə salınıb. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, lift “Moskva-Siti” beynəlxalq biznes mərkəzinin “Federasiya qülləsi Şərq” göydələnində xidmət göstərəcək. Liftin yük-sərnişun kabinəsi yerdən 355 metr hündürlüyə qalxır, yeraltı mərtəbələr daxil olmaqla onun hərəkətinin ümumi yolunun məsafəsi 365 metrdir. Lift ikinci yeraltı mərtəbədən 94-cü mərtəbəyədək yer dəyişmədən qalxır. Onun sürəti saniyədə 8 metrə çatır, yükgötürmə qabiliyyəti isə iki tondur.

DİGƏR XƏBƏRLƏR

Top