Futbolda ofsaydın ləğv edilməsi planlaşdırılır

Futbol qaydalarında köklü dəyişikliklərin edilə biləcəyi gözlənilir. “Yeniavaz.com”un Türkiyə mətbuata istinadən verdiyi məlumata görə, bunu FIFA-nın Texniki inkişaf direktoru Marko Van Basten deyib. Onun sözlərinə görə, matçların son 10 dəqiqəsinin tam oynanılması planlaşdırılır: “Topun kənara çıxdığı, rəqibin yerə uzandığı və başqa məqamlarda vaxt dayandırılacaq. Çünki qalib gələn komandalar oyunun sonuna doğru vaxtı keçirmək üçün hər şeyi edə bilirlər”. M. V. Basten bildirib ki, ofsayd qaydasını ləğv etmək oyuna marağı daha da artracaq, çünki hücumçukar daha çox qol vurmaq şansı əldə edəcəklər. O əlavə edib ki, başqa bir plan oyunçuya sarı kart vermək əvəzinə 5 və ya 10 dəqiqə cəza müddəti verməkdir: “Penaltini isə futbolçunun meydanın mərkəzindən topla qapıçının üzərinə gəlməsi şəklində dəyişməyi düşünürük. Müdafiəçi məhdud sayda qaydanı pozmalıdır. Maksimum həddə çatanda usə oyundan çıxarılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top