BMT: 2017-ci ildə Suriyaya yardım üçün 3,4 milyard dollar lazımdır

BMT-nin Suriyaya yardım üzrə humanitar proqramının koordinatoru Əli əz-Zaatari bildirib ki, bu il münaqişədən əziyyət çəkən suriyalılara yardım üçün 3,4 milyard dollar lazım gələcək. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Əli əz-Zaatari: "Biz donor ölkələrdən Suriyadakı münaqişə ocaqlarında olan mülki əhaliyə humanitar yardım göstərilməsi üçün 3,4 milyard dollar istəmişik. Bundan əlavə Suriyadakı münaqişədən qaçaraq xarici ölkələrdə sığınacaq tapan 4,2 milyon suriyalını da unutmaq olmaz",-deyib.

Əli əz-Zaatari qeyd edib ki, 2016-cı ild münaqşə bölgələrini tərk edə bilməyən suriyalılara yardım üçün 3,2 milyard dollar lazım idi. Lakin donor ölkələr tərəfindən bu məqsədlə cəmisi 1,5 milyard dollar yardım göstərildi. Onun sözlərinə görə, təkcə Hələbdə münaqişədən əziyyət çəkən əhaliyə 2016-cı ildə 220 milyon dollar dəyərində humanitar yardım edilib.

DİGƏR XƏBƏRLƏR

Top