"Azərbaycan NATO ilə də əməkdaşlığı davam etdirməlidir"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həllində açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirməsi və problemi Azərbaycanın daxili işi hesab etməməsini deməsinin ölkəmizdə verdiyi əks-səda davam etməkdədir. Məsələ ilə bağlı "Yeniavaz.com"a verdiyi açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərəov dedi ki, vəziyyətdən çıxış yolu Azərbaycanın hərbi bloklarla sıx əməkdaşlığındadır. Üzeyir Cəfərov: "Belə hesab edirəm ki, Azərbaycan, bu gün öz sıralarında 40-dan artıq dövləti birləşidrən Terrorizmlə mübarizə üzrə İslam ölkələri Hərbi Koalisiyasına (İNAFT) üzv olmalıdır. Bu qurumda islam dünyasının Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı kimi dövlətləri təmsil olunub və onların hər biri işğal edilmiş torpaqlarımızın azad edilməsində ölkəmizə ən yüksək səviyyədə hərbi, hərbi-texniki yardım göstərə bilərlər. İslam NATO-su adlandırılan bu qurumun gələcəkdə dünyada güclü və nüfuzlu bir hərbi alyansa çevrilə biləcəyinə ümid edirəm. Yəni Azərbaycan İNAFT-a üzv olmalı, eyni zamanda NATO ilə də əməkdaşlığı davam etdirməlidir. Çünki hazırda NATO Rusiyadan gələn təhlükəyə qarşı ona üzv olan ölkələrin təhlükəsizliklərinin təmin edilməsində etibarlı bir sipər rolunu oynamaqdadır. Bu qurumla ən yüksək səviyyədə hərbi inteqrasiya Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına öz töhfəsini verə bilər",-dedi.

Azərbaycanın qoşulmama hərəkatına üzv olmasına gəlincə, hərbi ekspert bu amilin ölkəmizin hər hansı bir hərbi bloka üzv olmasına mane ola bilməyəcəyini söylədi: "Beynəlxalq aləmdə vəziyyət tez-tez dəyişir və Azərbaycan da buna uyğun olaraq özünün təhlükəsizliyinin təmin edilməsinə yönələn addımlar atmalıdır. Bu məsələdə heç kimi bizə mane ola bilməz".

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top