“Selfi”dən ölənlərin sayı artır

Karneqi-Mellon Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, dünyada “selfi” çəkilişləri zaman ölüm hallarının sayı artıb. “Yeniavaz.az”ın xarici mətbauta istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, “selfi”dən ilk ölüm halı 2014-cü ildə baş verib və həmin il 15 belə fakt qeydə alınıb. 2015-ci ildə 39 nəfər “selfi” çəkilişi zamanı xəsarət alıb, cari ildə isə artıq 73 nəfər ölüb. İnsanlar “selfi” çəkilişi zamanı ən çox hündürlükdən yıxılaraq dünyalarını dəyişirlər. “Selfi” çəkilişlərindən ən çox xəsarət almış insanlar Hindistandadır- 76 ölüm faktı. İkinci və üçüncü yerləri isə Pakistan (9) və ABŞ (8) tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top