Marin Li Pen: "Tramp Fransanın dəstəyinə ümid edir"

Milli Cəbhə Partiyasının sədri, Fransa prezidentliyinə namizəd Marin Li Pen yerli "Radio Classıque" radiostansiyanın efirindəki çıxışında ABŞ-ın yeni prezidenti Donald Trampın Fransanın yardımına ümid etdiyini söyləyib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Marin Li Pen: "Donald Tramp hansısa qarabasmaya deyil, Fransanın dəstəyinə ümid edir",-deyib.

Marin Li Pen həmçinin qeyd edib ki, Donald Trampın prezident vəzifəsində hansı addımlar atacağını müəyyən etmək çətindir. Bununla belə Milli Cəbhə Partiyasının lideri Trampın ABŞ prezidenti seçilməsinin adı çəkilən ölkə ilə digər dövlətlər arasında yeni əməkdaşlıq erasının başlamasının əsasını qoyduğunu söyləyib. Xatırladaq ki, xanım Marin Li Pen yanvar ayının 12-də ABŞ-a səfər edib. İki günlük səfəri çərçivəsində o Trampın komandasının "Tramp tauer" göydələnindəki iqamətgahında olub. Ancaq Li Pen bunun Trampla əlaqəsinin olmadığını iddia edib. Qeyd edək ki, xanım Marin Li Pen prezident seçiləcəyi təqdirdə ölkəsini NATO və Avropa Birliyinə üzvlükdən çıxaracağını, Rusiya ilə normal əlaqələr quracağını vəd edir.

DİGƏR XƏBƏRLƏR

Top