"Mixail Qorbaçov istintaqdan yaynıb, cinayət işi isə hələ də bizə çatdırılmayıb"

“SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbiçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”.

Bunu Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib.

“Hərbiçilər əmr əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq hərbçilər şəhərə daxil olub, dinc əhalini qırdılar. Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfəri yaralanıb, 814 nəfəri qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib”, - Usubov deyib.

O xatırladıb ki, Bakıda yetərincə hərbiçi olduğu halda 66 min qoşun paytaxta yeridilib: “Bunlar SSRİ Müdafiə Nazirliyin Daxili Qoşunların hərbiçiləri və kursantları idi. Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları var idi, onların arasında çoxu ermənilər idi. Hətta yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb”.

Usubov bildirib ki, Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycanın DTK-nin o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub: “O vaxt işi Rusiya prokurorluğu aparırdı. Azərbaycan prokurorluğu 14 fevral 1992-ci ildə gec başlamışdır ki, bu da o vaxtki rəhbərliyin səhvidir. İki ildən sonra istintaqaparılması çox çətin idi,müəyyən sübutlar aradan qaldırılıb. Təzədə dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burda həm Moskvada aparıldı. SSRİ mərkəzi komitənin 19 yanvarda Bakıya ezam olunmuş rəhbər işçiləri dindirildi. Ancaq Mixail Qorbaçovu və Baqatini dindirmək mümkün olmadı. O, qaçdı gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintqdan yayındı. 1992ci ildə 68 cild əsas işi bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət verib qalanlar məhkəmə məsuliyətinə veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top