Telman İsmayılov müflisləşməsinə etiraz edərək məhkəməyə şikayət verdi

Rusiyada Çerkizovsk bazarının sahibi, AST qrupunun qurucusu Telman İsmayılov ona qarşı müflisləşmə prosedurunu – borcların restrukturizasiyasını başlayan aşağı instansiyalı məhkəməsinə kassasiya şikayəti verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu T. İsmayılovun maliyyə idarəçiliyinin nümayəndəsi deyib. Ötən ilin avqustunda Moskva Arbitraj məhkəməsi VTB qrupuna daxil olan BM-Bankın ( əvvəlki adı Bank Moskva) T. İsmayılovun müflisləşməsi haqqında bəyanatını əsaslı hesab edərək ona qarşı borcların restrukturizasiyasını tətbiq edib, biznesmeninin bank qarşısında təqribən 17,4 milyard dollar borcunu kreditorların tələblər reyestrinə daxil edib. Moskva dairə arbitraj məhkəməsi yanvarın 13-də T.İsmayılovun kassasiya şikayətini qeydiyyata alıb. T. İsmayılov 2009-cu ildə sahibi olduğu Moskvadakı Çerkizovsk bazarının fəaliyyəti ilə bağlı iradlarla üzləşmişdi. Orda çoxsaylı pozuntular aşkar edildikdən sonra bazar bağlandı.

DİGƏR XƏBƏRLƏR

Top