Ötən il dollara qarşı ən çox ucuzlaşanbahalaşan valyutalar

2016-cı ildə 80-ə yaxın dünya valyutası ABŞ dollarına nisbətdə 10-57 faiz arasında ucuzlaşıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, ABŞ dollarına münasibətdə məzənnəsi ən çox ucuzlaşan xarici valyuta Misir funtu olub. Onun məzənnəsi ilin yekunları üzrə 56,81 faiz aşağı düşüb. Siyahıda ikinci və üçüncü yerləri Surinam dolları və Venesuala bolivarı tutub. Hər iki valyuta müvafiq olaraq 46,05 faiz və 37 faiz dəyər itirib. Sonrakı pillələrdə isə Argentina pesosu (18,57 faiz), türk lirəsi (17,09 faiz), Meksika pesosu (16,72 faiz), Britaniya funt-sterlinqi (16,32 faiz) qərarlaşıblar. Bunun əksinə, ABŞ dollarına qarşı ən çox möhkəmlənən xarici valyuta isə 21,97 faizlik göstərici ilə Braziliya realı olub. Dollara münasibətdə məzənnəsi yüksələn ikinci valyuta isə rus rubludur (20,12 faiz).

DİGƏR XƏBƏRLƏR

Top