2016 ən isti il olub

2016-cı il XIX əsrdən aparılan meteoroloji müşahidələri tarixi ərzində ən isti il olub. “Yeniavaz.com”un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə NASA məlumat yayıb. Belə ki, ötən il ərzində planetimizdə havanın orta temperaturu XX əsrin və 2015-ci ilin orta göstəricilərini müvafiq olaraq 0,94 dərəcə və 0,1 dərəcə üstələyib. Tədqiqatçılar qeyd edirlər ki, yüksək temperaturun səbəbləri istixana qazlarının yüksək konsentrasiyası, Arktikada qeyri-adi isti hava və El-Ninyo okean hadisəsidir. Bununla da 2016-cı il ardıcıl üçüncü dəfə temperatur rekordunu yeniləyib. Ümumdünya Meteoroliji Təşkilatının məlumatına əsasən, müşahidə tarixi ərzində 17 ən isti ilin 16-sı XXI əsrin payına düşür.

DİGƏR XƏBƏRLƏR

Top