Məktəblərdə Danışıq Klubları təşkil olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması" layihəsinə start verilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumata görə, layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.

Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtın 12 inzibati rayon üzrə pilot məktəblərin İngilis dili müəllimləri müvafiq təlimlərə cəlb olunur.Təlimlər Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Boymer tərəfindən aparılır.

Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də "Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması" layihəsidir.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top